Kateqoriyalar
Sırala
ID 0145898

Bakıda təşkil olunan İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları

İyunun 16-sı Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin yüksək himayəsi altında İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarına rəsmən start verilib. Toplantı çərçivəsində "Azərbaycanın İnvestisiya Görünüşü" adlı tədbir baş tutub. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışı zamanı Azərbaycanın sabit iqtisadi mühitinin investor etimadını gücləndirdiyini deyib. Onun sözlərinə görə, uzunmüddətli investisiya inam və etibarla başlayır. Mikayıl Cabbarov bildirib ki, qlobal miqyasda ən aşağı dövlət borcu səviyyələrindən birinə malik olan Azərbaycan üçün bu göstəricilər iqtisadi sabitlik, investor etimadı və uzunmüddətli inkişaf baxımından güclü zəmin yaradır. Bundan başqa, onun sözlərinə görə, özəl sektor iqtisadiyyatın inkişafında əsas hərəkətverici qüvvə kimi gücləndirilir. Son illərdə həyata keçirilən ardıcıl islahatlar investisiyaların qorunmasını gücləndirib, prosedurları sadələşdirib, dövlət dəstəyinə çıxışı genişləndirib və dövlət-özəl tərəfdaşlığını təşviq edib. Eyni zamanda, dinamik Kiçik və Orta Sahibkarlıq (KOB) sektoruna, maliyyəyə çıxış imkanlarının artırılmasına, ixracyönümlü artıma və sənaye infrastrukturunun inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb.

Digər fotolar
arrow-up