Kateqoriyalar
Sırala
ID 0146102

Abşeron rayonu ərazisində yerləşən nəqliyyat vasitələrinin utilizasiyası məntəqəsinə təşkil olunan mediatur

İyunun 19-u Abşeron rayonu ərazisində yerləşən nəqliyyat vasitələrinin utilizasiyası məntəqəsinə mediatur təşkil olunub. Mediatur çərçivəsində "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin nəqliyyat vasitələrinin utilizasiyası şöbəsinin müdiri Mirzə Laçınov utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən dörd qurumun (Bakıda, Abşeron rayonunda, Sumqayıtda və Gəncədə) reyestrdə qeydiyyata alındığını və istismar müddəti başa çatan, eləcə də istifadəyə yararsız nəqliyyat vasitələrinin qəbuluna başlandığını deyib. O qeyd edib ki, statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir. Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"na əsasən, nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlandığını, həmçinin proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edildiyini söyləyib. Şöbə müdiri "Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ötən müddət ərzində "Təmiz Şəhər" ASC tərəfindən utilizatorların reyestrdə qeydiyyatı üçün tədbirlər görüldüyünü, nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə elektron portal istifadəyə verildiyini qeyd edib.

Digər fotolar
icon
arrow-up