Kateqoriyalar
Sırala
ID 0146406

Aşura günü ilə bağlı "Təzəpir" məscidində keçirilən qanvermə aksiyası

İyunun 25-i Aşura günü ilə bağlı "Təzəpir" məscidində qanvermə aksiyası keçirilib. Qanvermə aksiyası Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşır. Səhiyyə Nazirliyinin məlumatına əsasən saat 10:00-a olan ilkin göstəricilərə əsasən, 501 nəfər könüllü donor qan verib, nəticədə ümumilikdə 225.45 litr qan toplanıb. Aksiya zamanı toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə ediləcək. Qeyd edək ki, bu il qanvermə aksiyası respublikanın 30 şəhər və rayonunda yerləşən 40 məntəqədə təşkil olunub. Məntəqələrin 24-ü məscid və ziyarətgahlarda, 15-i tibb, 1-i isə təhsil müəssisəsində fəaliyyət göstərir. Səhər saat 08:00-da start götürən aksiya gün ərzində davam edəcək.

Teqlər
Digər fotolar
arrow-up