Kateqoriyalar
Sırala
ID 0146703

Nic qəsəbəsində yerləşən Müqəddəs Yelisey adına "Cotari" kilsəsi

Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən "Cotari" alban-udi kilsəsi Azərbaycanın zəngin dini və mədəni irsini əks etdirən tarixi abidələrdən biridir. Kilsə 1723-cü ildə yerli sakinlərin vəsaiti hesabına inşa olunub və adını qəsəbənin Cotari məhəlləsindən götürüb. Bu ibadət məkanı uzun illər Nicdə yaşayan udi icmasının dini həyatında mühüm rol oynayıb. Sovet hakimiyyəti dövründə kilsə anbar kimi fəaliyyət göstərib. Müstəqillik illərində tarixi abidənin bərpasına xüsusi diqqət yetirilib və 2003-cü ildə burada əsaslı təmir-bərpa işlərinə başlanılıb. Yenidənqurma işləri başa çatdıqdan sonra kilsə 2006-cı ildə istifadəyə verilib. Hazırda "Cotari" alban-udi kilsəsi həm dini ibadət məkanı, həm də Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinin simvollarından biri kimi fəaliyyət göstərir. Tarixi və memarlıq əhəmiyyəti ilə seçilən bu abidə yerli və xarici turistlərin də böyük maraq göstərdiyi məkanlar sırasındadır.

Digər fotolar
arrow-up