Kateqoriyalar
Sırala
ID 0147688

Peşə Təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı keçirilən brifinq

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı bildirib ki, peşə təhsili üzrə tələbə qəbulu çərçivəsində abituriyentlər iyulun 23-dən avqustun 10-dək portal.edu.az platformasında qeydiyyatdan keçərək 5 ixtisas seçimi edə biləcəklər. Onun sözlərinə görə, qəbulun nəticələri avqustun 14-15-də elan ediləcək, qəbul olunan şəxslərin qeydiyyatı isə avqustun 16-25-də aparılacaq. İ.Bayramlı qeyd edib ki, bu ildən peşə məktəblərində əmək bazarının tələblərinə uyğun 5 yeni ixtisas-geodeziya və kartoqrafiya, satınalmaların təşkili, qida emalı texnologiyaları, istixana operatoru və çörək ustası üzrə tədris təşkil olunacaq. O əlavə edib ki, qəbul planının 44 faizi iqtisadiyyat, xidmət və informasiya texnologiyaları istiqamətlərini, 66 faizi isə regionlarda fəaliyyət göstərən peşə təhsili müəssisələrini əhatə edir.

Digər fotolar
arrow-up