Kateqoriyalar
Sırala
ID 0148013

Güləş üzrə U-17 dünya çempionatının üçüncü günü

Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatının üçüncü yarış gününə start verilib. Bu gün qadın güləşçilər mübarizəyə qoşulublar. Azərbaycan millisinin dörd üzvü xalça üzərinə çıxacaq. Qadınların mübarizəsində 57 kq çəki dərəcəsində çıxış edən Qaratel Quliyeva artıq ilk görüşünə çıxıb. O, təsnifat mərhələsində İsveçrə təmsilçisi Delya Qislerlə qarşılaşıb. Gərgin keçən görüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bundan sonra 43 kq çəki dərəcəsində Vəfa Orucova 1/8 final mərhələsində Rumıniya təmsilçisi Valia Harsanla qarşılaşacaq. Eyni mərhələdə 49 kq-da Nəzrin Əhmədli Almaniya idmançısı Madina Bayramova ilə üz-üzə gələcək. 65 kq çəki dərəcəsində isə Rəna Nuriyeva təsnifat mərhələsində Meksika təmsilçisi Silviya Espinoza Munizlə mübarizə aparacaq.

Digər fotolar
arrow-up