Kateqoriyalar
Sırala
ID 0148332

Filarmoniya bağı və Dənizkənarı Milli Parkda məskunlaşan yaxalıqlı tutuquşular

Son günlər Bakının Filarmoniya bağı və Dənizkənarı Milli Park ərazisində müşahidə olunan yaşıl tutuquşular şəhər sakinlərinin və turistlərin diqqətini cəlb edib. Ağacların budaqları arasında sərbəst hərəkət edən, cüt-cüt uçan və yuva qutularının ətrafında görünən quşlar paytaxtın mərkəzində fərqli mənzərə yaradıb. Şəhər sakinlərinin sözlərinə görə, son aylarda bu quşlara Filarmoniya bağı və Dənizkənarı Milli Park ərazisində daha tez-tez rast gəlinir. Xüsusilə səhər və axşam saatlarında onların ağaclar arasında uçuşu və yüksək səsləri diqqəti cəlb edir. Filarmoniya bağı və Dənizkənarı Milli Parkda müşahidə olunan tutuquşular Bakının şəhər faunasına yeni rəng qatan canlılardan biri kimi diqqət çəkir. Onların sayının artıb-artmadığı və gələcəkdə bu ərazilərdə daimi populyasiya formalaşdırıb-formalaşdırmayacağı isə yalnız uzunmüddətli müşahidələrdən sonra məlum olacaq.

Digər fotolar
arrow-up