Kateqoriyalar
Sırala
ID 0148808

"Bakı Metropoliteni" QSC-nin "Dərnəgül" elektrik deposuna təşkil edilən media-tur

“Bakı Metropoliteni” QSC-nin “Dərnəgül” elektrik deposunda II mərhələ üzrə işlər başa çatdırılıb və ilk xəttə qatarın qəbulu prosesinə başlanılıb. Layihə “Bakı Metropoliteni”nin fəaliyyətinin təkmilləşdirilməsi və qatarların texniki xidmət imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, metronun “yaşıl” xəttinin “Dərnəgül” deposunun ərazisində inşa edilən yeni yerüstü stansiyada tikinti işləri davam etdirilir. Hazırda platformanın tikintisinin yekunlaşdırılması istiqamətində işlər aparılır. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, platformanın tikintisi başa çatdıqdan sonra stansiyada digər işlərə başlanılacaq. Yeni stansiyanın 2028-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Yeni stansiya Bakı metrosunun üçüncü yerüstü stansiyası olacaq. Hazırda paytaxtda “Bakmil” və “Xocəsən” yerüstü metro stansiyaları fəaliyyət göstərir.

Digər fotolar
arrow-up