Kateqoriyalar
Sırala
ID 0149968

Şəki şəbəkə emalatxanası

Şəki şəbəkə sənəti Azərbaycanın qədim sənətkarlıq ənənələrinin və memarlıq irsinin ən parlaq nümunələrindən biridir. Şəbəkə - çivi (mismar) və ya yapışqan istifadə edilmədən, kiçik taxta hissələrin və rəngli şüşələrin bir-birinə keçirilməsi ilə yığılan unikal bir sənətdir. Emalatxanada bu incə işçilik üçün müxtəlif növ ənənəvi xarrat alətlərindən - rəndələr, mişarlar, pərgarlar və iskənələrdən istifadə olunur. Hazırlanan şəbəkə pəncərələr və suvenir nümunələri həndəsi naxışların, rəngarəng şüşələrin və işığın harmoniyası ilə məkana xüsusi bir ruh və estetik gözəllik qatır. Gunümüzdə bu emalatxana həm ənənəvi sənətin yaşadılması, həm də Şəkiyə gələn yerli və xarici turistlərin bu nadir irslə yaxından tanış olması üçün mühüm mədəniyyət ocaqlarından biridir.

Digər fotolar
arrow-up