Kateqoriyalar
Sırala
ID 0149975

Şəki Xalq Tətbiqi Sənəti Muzeyi

Şəki Xalq Tətbiqi Sənəti Muzeyi 1985-ci il iyunun 9-da açılıb. Uzun illər Dairəvi Məbəd adlanan tarixi abidədə fəaliyyət göstərən muzeydə 600-ə yaxın xalq və dekorativ sənət əsəri nümayiş etdirilir. 2022-ci ildən ekspozisiyanın bir hissəsi “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindəki Xan Məscidinin sərgi zalında təqdim olunur. Burada Şəki xanlığı dövrünə aid mis qablar, milli geyimlər, zərgərlik nümunələri, kəlağayılar, xalçalar, silahlar, sikkələr və yazılı mənbələr sərgilənir. Muzeyin diqqətçəkən bölmələrindən biri xan otağıdır. Burada Şəki xanı Məhəmmədhüseyn xan Müştağın həyatı canlandırılır. Otaqda xanın taxtının replikası, geyimi, şahmat taxtası, yazı masası, ud musiqi aləti və “Qurani-Kərim” nümayiş etdirilir.

Digər fotolar
arrow-up