Kateqoriyalar
Sırala
ID 0150089

Bakıda keçirilən "IRONMAN 70.3" triatlon yarışı

Bakıda keçirilən IRONMAN 70.3 triatlon yarışında 62 ölkədən 1 500-dən çox idmançı iştirak edir. Azərbaycan yarışda 123 triatlonçu ilə təmsil olunur. İştirakçılar kişi və qadınlar arasında müxtəlif yaş kateqoriyalarında mübarizə aparırlar. Yarışda 18–24 yaş qrupundan 80–84 yaş kateqoriyasınadək idmançılar iştirak edir. Əsas yarışda 807 kişi və 197 qadın mübarizə aparır. Ən gənc iştirakçının 18, ən yaşlı iştirakçının isə 80 yaşı var. Yarış çərçivəsində estafet proqramı da keçiriləcək. Kişi, qadın və qarışıq komandalardan ibarət 47 komanda estafet yarışında mübarizə aparacaq. Proqramın sonunda ən fəal üç klub da mükafatlandırılacaq. Triatlonçular ümumilikdə 113 kilometr məsafə qət edəcəklər. Yarış 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21,1 kilometr qaçış mərhələlərindən ibarətdir. IRONMAN 70.3 Baku yarışında kişi və qadınlar arasında ən yaxşı nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-də keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq. Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilir.

Digər fotolar
arrow-up