Kateqoriyalar
Sırala
ID 0150354

Bakı Konqres Mərkəzində keçirilən IV İqlim Həftəsinin beşinci günü

Bakı İqlim Fəaliyyəti Həftəsi BMT-nin rəsmi proqramına daxil edilib. İqlim üzrə yüksək səviyyəli çempion, Milli Məclisin deputatı Nigar Arpadarainin sözlərinə görə, hazırda dünyada təhlükəsizlik sistemi və beynəlxalq hüquq sürətlə dəyişir. Münaqişələr, iqtisadi böhranlar və müxtəlif gərgin proseslər beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Belə bir şəraitdə Azərbaycanın mövqeyinin bütün platformalarda qorunması və əldə olunan imkanlardan səmərəli istifadə edilməsi xüsusi əhəmiyyət daşıyır. İqlim dəyişikliyi də artıq yalnız ekoloji problem deyil, ciddi geosiyasi və iqtisadi məsələyə çevrilib. Xüsusilə kiçik ada dövlətləri okean səviyyəsinin yüksəlməsi riskindən ciddi narahatdırlar. Bu məsələ həmin ölkələrin gələcək mövcudluğu ilə birbaşa əlaqəlidir. Eyni zamanda, yaşıl keçid prosesinin arxasında böyük maliyyə və iqtisadi maraqlar dayanır. Yaşıl keçidin trilyonlarla dollar xərc yaratmaması üçün özəl sektorun investisiyaları və prosesdə iştirakı mühüm rol oynayır. Bakı İqlim Fəaliyyəti Həftəsi əvvəlcə kiçik bir təşəbbüs kimi planlaşdırılıb. London təcrübəsindən yararlanılaraq keçirilən ilk iki iqlim həftəsindən sonra təşəbbüsə beynəlxalq maraq artıb. Nəticədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) Bakı İqlim Fəaliyyəti Həftəsini öz rəsmi proqramına daxil edib və tədbir BMT-nin rəsmi iqlim həftələrindən biri kimi keçirilməyə başlayıb. Bakı İqlim Fəaliyyəti Həftəsi həmçinin COP29 zamanı Azərbaycanın irəli sürdüyü 14 tematik təşəbbüsün davamlılığının təmin edilməsi baxımından mühüm platforma rolunu oynayır. Kənd təsərrüfatı, energetika, su ehtiyatları, rəqəmsallaşma və şəhərsalma istiqamətlərini əhatə edən UTAR təşəbbüslərinin inkişaf etdirilməsi və bu sahələrdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi tədbirin əsas istiqamətlərindəndir.

Digər fotolar
arrow-up