Kateqoriyalar
Sırala
ID 0150548

Qobustanın Bədəlli kəndində yerləşən Qalacıq mağaraları

Qobustan rayonunun Yekəxana və Bədəlli kəndləri arasında, dağlıq ərazidə yerləşən bu mağara qədim insan məskənlərindən biri hesab olunur. Tarixi mənbələrdə mağaranın V–VI əsrlərə aid olduğu bildirilir. Mağara 6 otaqdan ibarətdir. Giriş hissəsinin hündürlüyü təxminən 1,5–2 metrdir. İçəriyə doğru getdikcə məkan genişlənir və oval forma alır. Mağaranın ümumi uzunluğu təxminən 7–8 metrdir. Qayaların içərisində dairəvi formada oyulmuş kiçik hücrələr yaradılıb. Bu hücrələr bir-biri ilə keçidlər vasitəsilə əlaqələnir. Bəzi hissələrdə insanın keçə biləcəyi dəliklər mövcuddur. Mağaranın aşağı hissəsində qayadan damcı şəklində süzülən təbii su mənbəyi yerləşir. Burada yaşamış insanların mağaranın içindən aşağıya doğru şaquli quyu qazaraq suya çatdıqları bildirilir. Mağaranın divarlarından birində ərəb əlifbası ilə “Allah” sözü yazılıb. Divarlarda oyulmuş kiçik hücrələr, bir-birinə bağlanan otaqlar və qədim su mənbəyi bu məkanı Qobustanın maraqlı tarixi-mədəni abidələrindən birinə çevirir.

Digər fotolar
arrow-up