Kateqoriyalar
Sırala
ID 0151180

Azərbaycan Qran-prisi: "Formula 2"də ikinci əsas yarış

“Formula 2” üzrə Azərbaycan Qran-prisinin ikinci əsas yarışının qalibləri mükafatlandırılıb. Yarışın yekunlarına əsasən “Invicta Racing” komandasının pilotu Rafael Kamara birinci yeri tutub. “Campos Racing”dən Nikola Tsolov ikinci, “Rodin Motorsport”dan Aleks Dann isə üçüncü olub. Ötən gün keçirilən sprint yarışında “DAMS Lucas Oil” komandasının pilotu Dino Beqanoviç, birinci əsas yarışda isə “Rodin Motorsport”dan Aleks Dann qalib gəlmişdi. Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisinin əsas yarışı bu gün saat 15:00-da başlayacaq.

Digər fotolar
arrow-up