Kateqoriyalar
Sırala
ID 0151834

Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası

Oktyabrın 6-da Azərbaycan və Böyük Britaniya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-cı iclası çərçivəsində iki ölkə arasında 4 sənəd imzalanıb. Birinci sənəd "PMD Group" MMC və "Chapman Taylor" arasında Bakının Şimal Qapısı Çoxfunksiyalı Yaşayış və Biznes Kompleksinin İşlənilməsi üzrə Əməkdaşlıq Sazişidir. Sənədi "Chapman Taylor"un İdarə Heyətinin direktoru Edrian Qriffits (sol) və "PMD Group"un İnkişaf üzrə departament rəhbəri Kamil Əliyev (sağ) imzalayıb. 

Digər fotolar
arrow-up