Kateqoriyalar
Sırala
ID 0151838

“Neftçi” İdman Klubunun amputant futbol komandasının məşq prosesi

Azərbaycanda amputant futbol son illərdə inkişaf edən idman növlərindən birinə çevrilib. Bu istiqamətdə mühüm addımlardan biri “Neftçi” İdman Klubu nəzdində amputant futbol komandasının yaradılması olub. Azərbaycanın amputant futbol komandası qısa müddətdə beynəlxalq arenada da özünü göstərməyə başlayıb. Milli komanda Avropa Amputant Futbol Federasiyasının təşkil etdiyi Millətlər Liqasında Niderland, Şotlandiya, Albaniya və Kosovo yığmaları ilə mübarizə apararaq D divizionunda ikinci yeri tutub. Bu nəticə Azərbaycan millisinə Avropa çempionatının final mərhələsində iştirak hüququ qazandırıb. Komandanın üzvləri arasında “Neftçi”nin futbolçuları da yer alır. Amputant futbolun inkişafı Azərbaycanda əlilliyi olan şəxslərin idmana cəlb olunması və onların beynəlxalq yarışlarda ölkəni təmsil etməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Digər fotolar
arrow-up