Kateqoriyalar
Sırala
ID 0151873

Qobelen ustası, xalçaçı-rəssam Fərrux Qasımov

Fərrux Mirzəli oğlu Qasımov 1969-cu ildə Biləsuvar şəhərində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Bədii qrafika fakültəsini bitirib. 2023-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 2024-cü ildən isə Beynəlxalq Qalereyanın üzvüdür. Yaradıcılıq fəaliyyəti ərzində respublika və beynəlxalq səviyyəli sərgilərdə iştirak edib. Hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsində baş rəssam və dərnək rəhbəri kimi fəaliyyət göstərir. Fərrux Qasımov otuz ildən artıqdır ki, rəssamlıq fəaliyyəti ilə yanaşı, uşaqların və yeniyetmələrin estetik zövqünün formalaşmasına, onların təsviri sənətə və yaradıcılığa marağının artırılmasına xidmət edir. O, pedaqoji fəaliyyəti vasitəsilə gənc nəslin sənətə yönəlməsinə və yaradıcılıq bacarıqlarının inkişafına töhfə verir.

Digər fotolar
arrow-up