Kateqoriyalar
Sırala
ID 0151909

Qoruqların turizm imkanlarını nümayiş etdirmək üçün təşkil edilən mediatur

Oktyabrın 7-8-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə media nümayəndələrinin İsmayıllı rayonundakı “Basqal” Dövlət Tarix-Mədəniyyət qoruğuna səfəri təşkil olunub. Mediaturun məqsədi daxili turizm imkanlarını, qoruqlarda yaradılan şəraiti və həyata keçirilən layihələri ictimaiyyətə təqdim etməkdir. “Basqal” qoruğunda tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası, küçələrin tarixi-memarlıq üslubunda yenilənməsi, ənənəvi sənətkarlığın dirçəldilməsi və turizm infrastrukturunun inkişafı barədə məlumat verilib. Görülən işlər nəticəsində qəsəbəni əvvəllər tərk etmiş sakinlərin bir qismi geri qayıdıb, indiyədək 20-yə yaxın ailə Basqalda məskunlaşıb. Hacı Bədəl məscidi, Məmməd Bağırova aid tarixi ev və Şeyx Məhəmməd məscidi ərazisində bərpa-konservasiya işləri yekunlaşmaq üzrədir. Mediatur iştirakçılarına “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində dayanıqlı turizm və “Turizm kəndi” konsepsiyası üzrə görüləcək işlər barədə də məlumat verilib. Jurnalistlər Basqal halvasının və pip dolmasının hazırlanması, kəlağayı istehsalı ilə tanış olub, yerli sahibkarlıq obyektlərinə baş çəkiblər.

Digər fotolar
arrow-up