Kateqoriyalar
Sırala
ID 0152662

Dövlət Gömrük Komitəsinin Akademiyasında təlim-tədris prosesi

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası Prezident İlham Əliyevin 24 yanvar 2012-ci il tarixli Sərəncamı ilə yaradılıb. Akademiyanın əsas məqsədi hüquq və iqtisadiyyat sahələri üzrə yüksəkixtisaslı kadrlar hazırlamaq, müasir biliklərə yiyələnmiş, dövlətçiliyə və milli-mənəvi dəyərlərə sadiq mütəxəssislər yetişdirməkdir. Akademiyada 2014–2015-ci tədris ilindən etibarən “Hüquqşünaslıq” və “İqtisadiyyat” ixtisasları üzrə bakalavriat səviyyəsində tələbə qəbuluna başlanılıb. İlk məzun buraxılışı isə 2017–2018-ci tədris ilində həyata keçirilib. Tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi qəbul imtahanlarının nəticələrinə əsasən aparılır. Akademiyada ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə, peşəkar bilik və bacarıqların təkmilləşdirilməsi, təkrar ali təhsil və dərəcələrin yüksəldilməsi istiqamətlərində əlavə təhsil imkanları da mövcuddur. Bu fəaliyyətlər gömrük sahəsində çalışan mütəxəssislərin peşəkar inkişafına və ölkənin gömrük sisteminin kadr potensialının gücləndirilməsinə xidmət edir.

Digər fotolar
arrow-up