Kateqoriyalar
Sırala
ID 0153265

U-15 dünya çempionatı və festivalı öncəsi Azərbaycan yığmasının açıq məşqi

Bakıda keçiriləcək U-15 dünya çempionatı və festivalı öncəsi Azərbaycan yığmasının açıq məşqi təşkil olunub. Hazırlıq prosesi Hövsan Yarış Kompleksində baş tutub. Məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub. U-15 dünya çempionatı və festivalı oktyabrın 24-dən 30-dək Hövsan Yarış Kompleksində keçiriləcək. Turnirin açılış və final görüşləri Bakı Kristal Zalında təşkil olunacaq. Yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. Turnirdə 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulur. Çempionat dünyanın müxtəlif ölkələrindən olan yeniyetmə futbolçuları bir araya gətirəcək.

Digər fotolar
arrow-up