Kateqoriyalar
Sırala
ID 0154334

Xızının Xələnc kəndində yerləşən Ağ dəyirman

Ağ dəyirman Xızı rayonunun Xələnc kəndində yerləşən XIX əsrə aid tarixi tikililərdən biridir. Vaxtilə kənd təsərrüfatında istifadə olunan bu dəyirman yerli əhalinin məişət və əmək həyatının tarixi izlərini özündə yaşadır. Birmərtəbəli tikili uzunsov quruluşu və iri-xırda daşlardan hörülmüş divarları ilə diqqət çəkir. Fasadın hər iki tərəfində yerləşən pəncərələrin tağlı üst hissələri, mərkəzdəki giriş açırımı və alçaq dam örtüyü binanın memarlıq xüsusiyyətlərini müəyyənləşdirir. Təpənin ətəyində, ağaclıq və yaşıllıqla əhatələnmiş ərazidə yerləşən Ağ dəyirman ətraf mühitlə ahəngdar mənzərə yaradır. Daş divarları, sadə memarlıq quruluşu və tarixi görkəmi ilə seçilən tikili Xələnc kəndinin keçmiş təsərrüfat həyatını xatırladan maddi-mədəni irs nümunəsidir.

Digər fotolar
arrow-up