Kateqoriyalar
Sırala

#ağbulaq istirahət mərkəzi

Ağbulaq İstirahət Mərkəzi

"Ağbulaq" İstirahət Mərkəzi Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində, dəniz səviyyəsindən 2078 metr yüksəklikdə yerləşən, ilboyu fəaliyyət göstərən mühüm turizm kompleksidir. Mərkəz füsunkar təbiəti və əlverişli iqlim şəraiti sayəsində həm kənd, həm də qış turizmi üçün geniş imkanlar yaradır. "Ağbulaq" ilk növbədə müasir Xizək Mərkəzi ilə tanınır. Burada 1600 metrə qədər uzunluğu olan dağ-xizək eniş zolaqları, təlim zonası, həmçinin 952 metrlik kanat yolu mövcuddur. Kanat saatda 1000 nəfər sərnişin daşıma gücünə malikdir. Mərkəz süni qar yaratma sistemləri ilə təchiz olunaraq, qış mövsümünün davamlılığını təmin edir. İstirahət mərkəzi qonaqları üçün müasir otel, kotteclər, restoran və kafelər təklif edir. Ailəvi istirahət üçün uşaq və əyləncə parkları, idman fəaliyyətləri üçün mini futbol-voleybol meydançası da mərkəzin xidmətlərinə daxildir. "Ağbulaq" yüksək dağ havası və zəngin xidmətləri ilə Naxçıvanın əsas turizm brendlərindən birinə çevrilib.
arrow-up