Kateqoriyalar
Sırala

#btq

BTQ

Bakı Təşəbbüs Qrupu (BTQ) Qoşulmama Hərəkatının 2023-cü ilin iyul ayında Bakıda keçirilən iclası çərçivəsində yaradılan, kolonializm və neokolonializmlə mübarizəyə həsr olunmuş beynəlxalq qeyri-hökumət təşkilatıdır. Təşkilatın əsas məqsədi XXI əsrdə hələ də müstəmləkə əsarətində yaşayan xalqların, xüsusilə də Fransanın dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Qvadelupa, Martinika və s.) azadlıq və müstəqillik uğrunda apardığı qanuni mübarizəni dəstəkləməkdir. BTQ beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərir, BMT-nin Baş Assambleyası, İnsan Hüquqları Şurası kimi nüfuzlu platformalarda konfranslar və tədbirlər keçirir. Qrupun səyləri kolonial siyasətin və onun fəsadlarının (reparasiya, insan hüquqları pozuntuları, ekoloji zərərlər) beynəlxalq ictimaiyyətin gündəminə daşınmasına yönəlib. BTQ qısa zamanda qlobal anti-kolonial hərəkatda mühüm nüfuz qazanaraq, əziyyət çəkən xalqlar üçün ümid mərkəzinə çevrilib.
arrow-up