#əli əsədov
Əli Əsədov
Əli Əsədov 2019-cu ilin oktyabr ayından Azərbaycan Respublikasının Baş naziri vəzifəsini icra edir. O, uzun illər dövlət idarəçiliyinin müxtəlif pillələrində çalışmış, iqtisadi islahatlar və dövlət proqramlarının hazırlanmasında yaxından iştirak etmiş peşəkar dövlət xadimidir.
Bakı şəhərində anadan olan Əli Əsədov ali iqtisadi təhsilə malikdir. Baş nazir təyin olunmazdan əvvəl o, Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi və Prezident Administrasiyası rəhbərinin müavini kimi məsul vəzifələrdə çalışmışdır. Onun rəhbərliyi dövründə Nazirlər Kabineti ölkənin iqtisadi dayanıqlığının artırılması, işğaldan azad edilmiş ərazilərin bərpası və sosial rifahın gücləndirilməsi istiqamətində mühüm addımlar atmaqdadır. Əli Əsədov həmçinin beynəlxalq iqtisadi əməkdaşlıq və regional layihələrin həyata keçirilməsində Azərbaycan hökumətinin əsas kordinatorlarından biridir.