Kateqoriyalar
Sırala
ID 0133729

Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumu

Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə yerləşən "Gama Enerji İç Anadolu" elektrik stansiyasını satın alması ilə bağlı saziş imzalayıb. Sazişə SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Gama Enerji" şirkətinin rəhbəri Hakan Özman imza atıblar. Razılaşmaya əsasən, gücü 870 MVt olan elektrik stansiyasının 100 % payı SOCAR-a məxsus olacaq. Sövdələşmənin dəyəri 225 milyon ABŞ dolları təşkil edir. Bu investisiya SOCAR-ın Türkiyədə enerji istehsalı sahəsində mövqelərini gücləndirməklə yanaşı, Azərbaycan və Türkiyə arasında strateji enerji əməkdaşlığının daha da dərinləşməsinə xidmət edir.

Digər fotolar
arrow-up