Kateqoriyalar
Sırala

#elnurə ağammədova

Elnurə Ağammədova

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində doğma yurduna dönən sakinlərdən biri də Ağammədovlar ailəsidir. Yenilənən və gündən-günə dirçələn Füzuli şəhərinə yerləşən ailə, 30 illik həsrətdən sonra keşməkeşli günlərin arxada qaldığını və burada özlərini son dərəcə xoşbəxt hiss etdiklərini vurğulayır. Bu qayıdış təkcə yaşayış yerinin dəyişməsi deyil, həm də mənəvi bütövlüyün bərpasıdır. Ailənin üzvü Elnurə Ağammədova üçün bu qayıdış həm də peşəkar fəaliyyətinin ən qürurlu mərhələsidir. Hazırda Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbində ibtidai sinif müəllimi kimi çalışan Elnurə xanım, 27 illik pedaqoji təcrübəsinin son iki ilini doğma yurdunda davam etdirir. Maraqlı fakt ondan ibarətdir ki, o, Füzulini səkkizinci sinif şagirdi kimi tərk etsə də, illər sonra bura təcrübəli bir müəllim kimi qayıtmışdır. Elnurə müəllimənin timsalında Füzulinin təhsil ocaqları yeni nəsillərin vətənpərvər ruhda yetişdirilməsi üçün öz qapılarını geniş açıb.
arrow-up