Kateqoriyalar
Sırala
ID 0135918

“Böyük Qayıdış” Proqramı çərçivəsində Füzulidə görülən bərpa-quruculuq işləri

“Böyük Qayıdış” Proqramı çərçivəsində Füzuliyə qayıdan Ağammədovlar ailəsi keşməkeşli günləri arxada qoyduqlarını, yenilənən və dirçələn Füzulidə özlərini xoşbəxt hiss etdiklərini bildirib. Ailə başçısı Nadir Ağammədov vəfat edən ata-anasını xatırlayaraq, həmişə qayıdacaqlarına inandıqlarını qeyd edib. 20 yaşında kəndlərindən didərgin düşdüklərini bildirən Nadir Ağammədov keçən zaman ərzində ailə kimi bir çox çətinlikləri geridə qoyduqlarını ifadə edib. Elnurə Ağəmmədova isə Mirzə Uluqbəy adına Füzuli şəhəri 1 nömrəli tam orta məktəbində ibtidai sinif müəllimidir. 27 illik peşə fəaliyyətinin iki ilini doğma yurdunda həyata keçirdiyini deyən Elnurə müəllimə Füzulidən çıxanda səkkizinci sinif şagirdi idisə, indi burada pedaqoq kimi çalışır. 

Digər fotolar
arrow-up