Dövlət Turizm Agentliyinin Naxçıvana təşkil etdiyi mediatur
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasına media nümayəndələrinin səfəri təşkil edilib. Mediaturun məqsədi Naxçıvanın çoxçeşidli turizm potensialının və turizm əhəmiyyətli məkanlarının tanıdılması, eləcə də bölgəyə turist səfərlərinin təşviq edilməsidir. Mediatur çərçivəsində “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ziyarət edilib.
Digər fotolar
