#kursant
kursant
Kursant hərbi iyerarxiyada Hərbi akademiya, Hərbi lisey və ya Ali hərbi məktəblərdə təhsil alan şəxslərə verilən addır. Onlar müddətli həqiqi hərbi xidmətdə sayılır və müvafiq qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələrə malik olurlar. Kursantlar təhsil müddətində dövlət təminatı ilə əhatə olunur və xüsusi nizam-intizam qaydalarına riayət edirlər.
Kursant həyatı yüksək peşəkarlıq tələb edən zabit kadrlarının hazırlanmasında ilk və əsas mərhələdir. Bu müddətdə gənclər hərbi bilikləri mənimsəməklə yanaşı, vətənpərvərlik ruhunda tərbiyə olunur, fiziki və mənəvi cəhətdən Vətənin müdafiəsinə hazırlanırlar.