Kateqoriyalar
Sırala
ID 0148699

Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzində hərbi hazırlıq prosesi

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin 1-ci kurs kursantları Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən düşərgə toplanışında iştirak edirlər. Təlim proqramı çərçivəsində kursantlar hərbi hazırlığın əsas istiqamətləri üzrə nəzəri biliklərini praktik məşğələlərdə tətbiq edir, silahlarla təhlükəsiz davranış qaydalarını mənimsəyir, atəş hazırlığı, taktiki fəaliyyət və çöl şəraitində xidmət vərdişlərini təkmilləşdirirlər. Düşərgə toplanışının əsas məqsədi kursantların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, döyüş bacarıqlarının formalaşdırılması, həmçinin hərbi xidmətə psixoloji və fiziki hazırlıqlarının möhkəmləndirilməsidir. Real təlim şəraitində keçirilən məşğələlər kursantların hərbi peşəyə inamını artırmaqla yanaşı, komandirlik keyfiyyətlərinin, intizamının və kollektiv fəaliyyət bacarıqlarının inkişafına da mühüm töhfə verir.

Digər fotolar
arrow-up