Kateqoriyalar
Sırala

#nadir ağammədov

Nadir Ağammədov

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən “Böyük Qayıdış” proqramı on minlərlə insanın doğma yurd həsrətinə son qoyur. Bu qayıdışın ən təsirli hekayələrindən biri də Füzuliyə köçən Ağammədovlar ailəsinə məxsusdur. Uzun illər sürən məcburi köçkünlük həyatından sonra yenidən qurulan və dirçələn Füzuli şəhərinə yerləşən ailə, keşməkeşli günləri artıq geridə qoyduqlarını və özlərini burada çox xoşbəxt hiss etdiklərini bildirirlər. Ailə başçısı Nadir Ağammədov qeyd edir ki, o, doğma kəndindən didərgin düşəndə cəmi 20 yaşında idi. Keçən 30 il ərzində ailə olaraq bir çox çətinliklərlə üzləşsələr də, bir gün Füzuliyə qayıdacaqlarına olan inamlarını heç vaxt itirməyiblər. Vəfat edən valideynlərinin yurd həsrətini xatırlayan N. Ağammədov üçün bu qayıdış həm də mənəvi bir borcun yerinə yetirilməsidir. Bu gün Ağammədovlar ailəsi müasir standartlara uyğun bərpa edilən Füzulidə yeni həyata qədəm qoyaraq, dövlətin yaratdığı geniş imkanlardan yararlanırlar.
arrow-up