Kateqoriyalar
Sırala

#xankəndiyə köç

Xankəndiyə köç

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası və əhalinin doğma yurdlarına yerləşdirilməsi istiqamətində “Böyük Qayıdış” proqramı sürətlə davam edir. Bu tarixi prosesin mühüm mərhələsi olaraq Xankəndi şəhərinə ilk ailələrin köçürülməsinə başlanılıb. İlk mərhələdə respublikanın müxtəlif müvəqqəti məskunlaşma yerlərindən — yataqxana və inzibati binalardan 36 ailə, ümumilikdə 162 nəfər doğma Xankəndiyə qayıdıb. Sakinlər illər sonra öz yurdlarına dönməyin qürurunu yaşayır və hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirirlər. Torpaqlarımızı azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edən Xankəndi sakinləri, bu yolda canından keçən şəhidlərimizin xatirəsini ehtiramla yad edirlər. Xankəndinin yenidən qurulması və sakinlərin qayıdışı regionun tam dirçəlməsinin və Azərbaycanın ərazi bütövlüyünün sarsılmaz rəmzidir.
arrow-up