#xocalıya köç
xocalıya köç
Xocalı şəhərinə köç karvanı yola salınıb. Respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr doğma yurda qayıdırlar. Xocalı şəhərinə 25 ailə (136 nəfər) köçürülüb.
Xocalı şəhərinə köçən əhali, təxminən 30 il davam edən məcburi köçkünlük həyatına son qoymuş oldu. Bu prosesdə sakinlərin təhlükəsizliyi və rahatlığı ən yüksək səviyyədə təmin edilir. Onlar üçün müasir standartlara cavab verən və "ağıllı kənd" elementlərini ehtiva edən yeni fərdi yaşayış evləri tikilmiş, kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi və inzibati binalar inşa edilmişdir.