Kateqoriyalar
Sırala
ID 0012067

Murtuza Muxtarov məscidi

Tikili neft milyonçusu Murtuza Muxtarovun adı ilə bağlıdır. 1901-ci ildə yerli əhali məscidin tikintisinə başlasa da, sonradan tikintini başa çatdırmaq üçün maliyyə vəsaiti tükənir. Əhali yardım üçün neft milyonçusu Murtuza Muxtarova müraciət edir. Milyonçu məscidin tikilməsi ilə maraqlanır və tikintinin başa çatdırılmasının xərcini öz üzərinə götürür. Məscid Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi (Xilə kəndi), Vaqif küçəsində yerləşir.

Digər fotolar
arrow-up