Kateqoriyalar
Sırala
ID 0055198

Kiş Alban məbədi

Kiş kilsəsi Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsidir. "Alban ölkəsinin tarixi"nə görə İsanın din qardaşı müqəddəs Yakov tərəfindən xristianlığı təbliğ etmək üçün Albaniyaya göndərilmiş Müqəddəs Yelisey əvvəlcə bir müddət Çola və Uti vilayətində missionerlik etmiş, sonra isə "Giş" adlı kəndə gedərək orada kilsə tikmişdir. 2000-dən çox yaşı olan məbədin daxilində dərinliyi 5, eni isə 3 metr olan katakomba tipli sərdabənin içərisində hündürlüyü 2m-2,20 sm olan 20-25 nəfər insanın dəfn edildiyi bildirilir. Qədim tarixə malik olan “Alban məbədi” bəzi müəlliflərə görə Qafqazın ilk kilsəsi sayılır.

Digər fotolar
arrow-up