Zaqatalada yerləşən IV–V əsrə aid Alban məbədi
Zaqatala şəhərinin mərkəzində yerləşən bu məbəd 1830-ci ildə inşa edilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə görə kilsə əvvəllər IV–V əsrə aid Alban məbədi, indi isə XIX əsrə aid Rus kilsəsi kimi qeydiyyata alınıb. Yerli sakinlərin sözlərinə görə, bu məbəd öz ölçülərinə və memarlıq üslubuna görə həmin dövr olduğu məbədlərdən fərqlənir. Qırmızı kərpicdən inşa olunmuş məbədin geniş sütunlu və üç mərtəbəli zalı zəng qülləsi ilə tamamlanır. Məbədin inşasında şərq memarlığı elementlərindən geniş istifadə olunsa da, məbədin bayır divarlarındakı səkkizgüşəli xaçlar diqqəti daha çox cəlb edir. Sovet hakimiyyəti dövründə isə məbədin divarlarının boyandığı deyilir. Həmçinin sonradan bu məbəddə yanğın baş verdiyi də bildirilir. Hazırda bu məbəd baxımsız vəziyyətdədir.
