Kateqoriyalar
Sırala
ID 0106447

Paytaxt Bakıda Novruz ab-havası

Novruz yazın gəlişindən müjdə verən qədim xalq bayramıdır. 2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib. Bu bayram Azərbaycanda boyük maraqla qeyd olunur. Bayrama bir neçə gün qalmasına baxmayaraq, Bakı küçələri Novruz atributları ilə bəzədilib. Ətrafa nəzər saldıqda Novruzun yaraşığı olan səməni, bayram yumurtaları, həmçinin Novruzun elçiləri - keçəl, kosa, eləcə də mərkəzi küçədə hazırlanmış bayram xonçasının maketlərini görmək olar. Bu atributlar həm paytaxt sakinlərinin, həm də şəhərdəki turistlərin marağına səbəb olub.

Digər fotolar
arrow-up