Kateqoriyalar
Sırala
ID 0108966

Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Aprelin 21-də işğaldan azad edilmiş Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə və Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb. Köç edən ailələr respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Sarıcalı kəndinə 34 ailə - 141 nəfər, Ballıca kəndinə 21 ailə - 83 nəfər köçürülüb.

Digər fotolar
arrow-up