Kateqoriyalar
Sırala
ID 0113957

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində göz əməliyyatı

1946-cı ildə Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutu fəaliyyətə başlayıb. 2002-ci ildən ETGXİ akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi olaraq fəaliyyət göstərir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə Oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir. Mərkəzdə “Konsultativ poliklinika”, “Qlaukoma”, “Katarakta cərrahiyyəsi”, “Buynuz qişanın cərrahiyyəsi və transplantasiyası”, “Eksimer-lazer”, “Gözün yoluxucu xəstəlikləri”, “Uşaqlarda gözün patologiyası”, Tor qişanın və görmə sinirinin patologiyası”, “Şəkərli diabetin göz fəsadları”, “Gözün vitreoretinal cərrahiyyəsi”, “Lazer cərrahiyyəsi”, “Gözün zədəsi”, “Okuloplastik və rekonstruktiv cərrahiyyə”, “Onko-oftalmoloji”, “Cərrahiyyə-əməliyyat bloku”, “Şüa-diaqnostikası”, “Gözün tibbi ekspertizası” şöbələri fəaliyyət göstərir.

Digər fotolar
arrow-up