Cəbrayıl şəhərinə təşkil olunan mediatur
Prezidentin izi ilə təşkil olunan ənənəvi mediatur çərçivəsində Cəbrayıl şəhərində yeni təməli qoyulan yaşayış komplekslərinə səfər edilib. Prezident İlham Əliyev oktyabrın 28-də Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin təməlini qoyub. Mediaturda ikinci yaşayış kompleksinin 5,28 hektar ərazidə salınacağı və layihə çərçivəsində 5 və 6 mərtəbəli 23 binanın inşa ediləcəyi qeyd olunub. Üçüncü yaşayış kompleksinin ümumi sahəsi isə 5 hektardan çox olacaq. Burada da 5, 6 və 7 mərtəbəli 25 binanın tikintisi planlaşdırılır.
Digər fotolar
