Kateqoriyalar
Sırala
ID 0139269

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təlim və tədris prosesi

2008-ci ildə Prezident İlham Əliyev "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması haqqında" sərəncam imzalayıb. Fövqəladə Hallar Nazirliyinin yaradılması ölkədə mülki müdafiə, ərazilərin təbii, həmçinin texnogen xarakterli fövqəladə hallardan qorunması və əhalinin təhlükəsizliyinin təmin edilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə, o cümlədən dövlət başçısının diqqəti sayəsində nazirliyin maddi-texniki bazasının gücləndirilməsinə və güclü kadr hazırlığının təşkilinə gətirib çıxarıb. Akademiya müasir tələblərə cavab verən xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını, Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri üzrə əlavə təhsilin həyata keçirilməsini və fövqəladə hallar sahəsində fundamental və tətbiqi elmi-tədqiqat işlərinin aparılmasını təmin edən xüsusi təyinatlı təhsil müəssisəsidir. Hazırda Akademiyada 100-dək professor-müəllim heyəti çalışır. Artıq 2013/2014-cü tədris ilindən başlayaraq Akademiya Yanğın təhlükəsizliyi mühəndisliyi, Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisasları üzrə mütəxəssislər hazırlayır.
 

Digər fotolar
arrow-up