Azərbaycanın beynəlxalq dərəcəli köməkçi hakimi Sevda Nuriyeva
Sevda Nuriyeva beynəlxalq dərəcəli və FIFA kateqoriyalı futbol hakimidir. O, yaxın vaxtlara qədər əsasən kişilərin sahəsi sayılan mühitdə inamla fəaliyyət göstərir. 1987-ci ildə Bakı şəhərində anadan olan Sevda Nuriyeva altı yaşından idmanla məşğul olub. 2008-2013-cü illərdə Azərbaycan İdman Akademiyasında təhsil alıb. 2016-ci ildən isə hakimlik fəaliyyətinə başlayıb. O, 2025-ci ildə UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Flora” (Estoniya) - “Riqa” (Latviya) görüşündə köməkçi hakim funksiyasını yerinə yetirib.
Digər fotolar
