Kateqoriyalar
Sırala
ID 0142075

64 yaşlı xalq pəhləvanı Əliyar Musayev

64 yaşlı xalq pəhləvanı Əliyar Musayevin idmana marağı hələ uşaqlıq illərindən başlayıb. O, 10 yaşından idmanla məşğul olub. Şərurlu pəhləvanın bir çox güc nömrələri, ağırlıqlıqları ən kiçik barmağı ilə ram etməsi böyük maraqla qarşılanır. Pəhləvanın nail olduğu göstəricilərdən biri artıq rəsmi rekord kimi qeydə alınıb. Əliyar Musayev adını Avropanın, MDB-nin və Rusiyanın rekordlar kitabına yazdırıb. Bundan əlavə, o, “Rusiya rekordlar kitabı”nın “Qızıl ulduz” nişanı ilə təltif edilib. Bu uğur 22 avqust 2023-cü ildə Keşlə dəmir yolu stansiyasında ümumi çəkisi 71 ton 250 kiloqram olan üç vaqonlu qatarı dartmasına görə qiymətləndirilib. Əliyar Musayev gənclərə ən böyük tövsiyəsinin özlərinə inanmaq və mütəmadi şəkildə idmanla məşğul olmaq olduğunu deyir. O, pəhləvanlıq ənənəsinin nəsildən-nəslə ötürülərək yaşamasını istəyir və bu istiqamətdə fəaliyyətlərini davam etdirir.

Digər fotolar
arrow-up