Kateqoriyalar
Sırala
ID 0147340

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi

Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən Hərbi Tibb Fakültəsi 25 may 2000-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin imzaladığı 425 nömrəli Sərəncam əsasında yaradılıb. Fakültənin yaradılmasında əsas məqsəd Azərbaycan Silahlı Qüvvələrinin hərbi həkimlərə, tibb xidməti zabitlərinə və orta tibb heyətinə olan ehtiyacının yerli kadr potensialı hesabına təmin edilməsi olub. Həmin ilin sonunda Müdafiə Nazirliyinin müvafiq əmri ilə Hərbi Tibb Məktəbi və Tibb Heyətinin Təkmilləşdirmə Kursları da fakültənin tərkibinə daxil edilib, hərbi tibbi təhsilin bütün formaları vahid mərkəzdə cəmləşdirilib. Respublikada ali tibb təhsilinin iki pilləli sistemə keçirilməsi ilə əlaqədar olaraq 2011-ci ildə Hərbi Tibb Fakültəsində rezidentura şöbəsi yaradılıb, bununla da hərbi tibb üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün yeni imkanlar formalaşdırılıb. 2022-ci ildən etibarən fakültə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyətini davam etdirir. Bu gün Hərbi Tibb Fakültəsi Azərbaycan Ordusu üçün hərbi həkimlərin, həkim-mütəxəssislərin və hərbi feldşerlərin hazırlanmasını, eyni zamanda Silahlı Qüvvələrdə xidmət edən tibb heyətinin müxtəlif ixtisaslar üzrə təkmilləşdirilməsini həyata keçirir. Fakültənin strukturunda Hərbi cərrahiyyə, Hərbi terapiya, Tibbi-profilaktika, eləcə də Tibb xidmətinin təşkili və taktikası kafedraları fəaliyyət göstərir. Hazırda Hərbi Tibb Fakültəsində rezidentura, hərbi həkim hazırlığı və feldşer hazırlığı proqramları üzrə yüzlərlə tələbə, kursant və rezident təhsil alaraq gələcəyin peşəkar hərbi tibb mütəxəssisi kimi formalaşır.

Digər fotolar
arrow-up