Kateqoriyalar
Sırala
ID 0147766

AKİA-nın Quba-Xaçmaz rayonlarına təşkil etdiyi media-tur

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 22 iyul - Milli Mətbuat Günü münasibətilə Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərən aqrar təsərrüfatlara media tur təşkil edib. Səfər çərçivəsində jurnalistlər meyvə və fındıq bağları, heyvandarlıq təsərrüfatları, soyuducu anbarlar və aqroturizm obyektləri ilə tanış olublar. Onlara dövlətin aqrar sektora təqdim etdiyi subsidiya və güzəşt mexanizmləri barədə məlumat verilib. Media turu zamanı Qusarda meyvəçilik, Xaçmazda innovativ fındıqçılıq və Yalama Aqroparkında heyvandarlıq sahəsində əldə olunan nəticələr təqdim edilib. Bildirilib ki, dövlət dəstəyi fermerlərin istehsal imkanlarının genişlənməsinə və aqrar sektorun inkişafına mühüm töhfə verir. AKİA fermerlərin maliyyəyə çıxışının asanlaşdırılması və aqrar sektorun davamlı inkişafı istiqamətində dəstək tədbirlərini davam etdirir.

Digər fotolar
arrow-up