Kateqoriyalar
Sırala
ID 0148196

Güləş üzrə U-17 Dünya Çempionatının altıncı günü

Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatının növbəti gününə start verilib. 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirən yarışın 6-cı günündə Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq. 48 kq çəki dərəcəsində mübarizə aparan Hüseyn Rzazadə ilk təsəlliverici görüşdə iranlı Amirali Fazı 9:6 hesabı ilə üstələyib. 71 kq-lıq çəki dərəcəsində çıxış edən Tunar Quliyev Qazaxıstandan olan Adilet Risbaya 3:2 hesabı ilə məğlub olub. Azərbaycan sərbəst güləşçisi Hüseyn Rzazadə ikinci təsəlliverici görüşündə ABŞ-dən olan Kuper Deputiyə 1:12 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. 92 kq çəki dərəcəsində mübarizə aparan Elgün Kərimli hindistanlı Sakşam Fnuya (5:5) sonuncu xal prinsipinə əsasən məğlub olub. 60 kq-da mübarizə aparan Elcan Həsənov 1/8 final mərhələsində Polşadan olan Vitold Pavlikə 3:2 hesabı ilə məğlub olub.

Digər fotolar
arrow-up