Kateqoriyalar
Sırala
ID 0148637

Azərbaycanın paralimpiya üzgüçüləri

Azərbaycan paraüzgüçüləri Yay Paralimpiya Oyunlarında indiyədək ölkəmizə ümumilikdə 5 qızıl və 7 gümüş medal qazandırıblar. Son illər Azərbaycanda paraüzgüçülüyün inkişafı və bu idman növünün daha geniş yayılması istiqamətində mühüm işlər görülür. Bu sahədə keçirilən ilk ölkə çempionatı paraüzgüçülüyün kütləviliyinin artırılması, yeni istedadların üzə çıxarılması və gənc idmançıların peşəkar hazırlığının gücləndirilməsi baxımından əlamətdar hadisə olub. Çempionatda iştirak edən paraüzgüçülər arasında Zəhra Astanzadə, Aydan Göyüyeva və İsaq Həsənli də diqqət çəkən idmançılar sırasındadır. Yeniyetmə paraüzgüçülər Əli Vəliyev və Murad Məmmədov da perspektivli idmançılar kimi fərqlənirlər. Hər iki gənc artıq beynəlxalq yarışlarda Azərbaycanı təmsil edib və gələcəkdə ölkəmizi paraüzgüçülük üzrə beynəlxalq arenada layiqincə təmsil edə biləcək potensiala malik olduqlarını nümayiş etdiriblər.

Digər fotolar
arrow-up