Kateqoriyalar
Sırala
ID 0148863

"Bakı Metropoliteni" QSC-nin "Dərnəgül" elektrik deposuna təşkil edilən media-tur

"Bakı Metropoliteni” QSC-nin “Dərnəgül” elektrik deposunda II mərhələ üzrə işlər başa çatdırılıb və ilk qatarın depoya qəbulu prosesinə başlanılıb. İlk qatar sərnişinləri “Dərnəgül” stansiyasında düşürdükdən sonra depoya istiqamətləndirilib. Layihənin həyata keçirilməsi qatarların texniki xidmət imkanlarının genişləndirilməsinə şərait yaradacaq. Bununla yanaşı, metronun “yaşıl” xəttinin “Dərnəgül” deposunun ərazisində inşa edilən yeni yerüstü stansiyasında tikinti işləri davam edir. Hazırda platformanın tikintisi yekunlaşdırılır. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, platformanın tikintisi başa çatdıqdan sonra stansiyada digər işlərə başlanılacaq. Yeni stansiyanın 2028-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Bu, Bakı metrosunun üçüncü yerüstü stansiyası olacaq. Hazırda “Bakmil” və “Xocəsən” yerüstü stansiyaları fəaliyyət göstərir. “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Namiq Yusubov bildirib ki, 2030-cu ilədək “bənövşəyi” xətt üzrə 300-ə yaxın yeni vaqonun alınması planlaşdırılır. Hazırda metropolitendə 71 qatar tərkibi mövcuddur. Yeni qatarların alınması gələcəkdə “qırmızı” və “yaşıl” xətlər üzrə də nəzərdə tutulur. İnfrastruktur layihələri başa çatdıqca bu xətlərdə qatarlararası intervalın azaldılması və əlavə qatarların istifadəyə verilməsi planlaşdırılır. “Qırmızı” xətt üzrə “İçərişəhər” stansiyasında dalan yolunun tikintisinin, “yaşıl” xətt üzrə isə Y-14 və Y-15 stansiyalarının, eləcə də dönmə kamerasının inşasının qatarların daha sıx intervalla hərəkətinə imkan verəcəyi gözlənilir.

Digər fotolar
arrow-up