Kateqoriyalar
Sırala
ID 0149008

Metroda “28 May” - “Nizami” xəttinin ayrılmasından sonra fəaliyyətə başlayan ekspres avtobuslar

Bu gündən "Bakı Metropoliteni" QSC tərəfindən "qırmızı" və "yaşıl" xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılır. Bu səbəbdən "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılıb. "28 May" və "Nizami" stansiyaları arasında birbaşa metro əlaqəsinin olmaması səbəbindən dünəndən etibarən müxtəlif istiqamətlərdə 6 yeni ekspres avtobus marşrutu istifadəyə verilib. Qeyd edək ki, avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək davam edəcək. 11 aylıq müvəqqəti məhdudiyyətlər fonunda sərnişinlərə dəstək olaraq AYNA 6 yeni ekspres avtobus marşrutunu (M1 - Metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları arasında; M2 - Metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları arasında; M3 - Metronun "20 Yanvar", "Nizami" və "28 May" stansiyaları arasında; M4 - Metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları arasında; M5 - Metronun "20 Yanvar" və "Gənclik" stansiyaları arasında; M6 - Metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında) istifadəyə verib.

Digər fotolar
icon
arrow-up