Kateqoriyalar
Sırala
ID 0150472

“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasında yenidənqurma işlərinin son mərhələsi

“Bakı Metropoliteni” QSC-nin Qırmızı xəttinin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinin son mərhələsinə başlanılıb. Yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələdə aparılır. Əvvəlki mərhələlərdə yan divarlar və döşəmə boyunca təmir-bərpa, həmçinin döşəmə, divar və tavan hissələrinin gücləndirilməsi işləri görülüb. Orta yolların arakəsmə divarları da yenidən inşa edilib. Hazırda tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır, örtük tavası karbon lifli materialla əlavə möhkəmləndirilir. Drenaj və kommunikasiya xətlərinin çəkilişi davam edir, qatarların baxışı və dayanması üçün körpücük inşa olunur. Ümumi uzunluğu 1000 metrə yaxın olan dalan yolları müasir dəmir-beton özüllər üzərində qurulub. Dörd yoldan ibarət dalanda altı yoldəyişdirici quraşdırılıb. Elektrik təchizatı, rabitə, işarəvermə, videomüşahidə, yanğın təhlükəsizliyi, su, kanalizasiya və havalandırma sistemləri də yenilənir. İşlər konstruksiyaların dayanıqlığının artırılması, qrunt sularının təsirinin aradan qaldırılması və infrastrukturun müasir tələblərə uyğunlaşdırılması məqsədi daşıyır. Yenidənqurmanın 2026-cı ilin noyabr ayının sonunda başa çatdırılması planlaşdırılır.

Digər fotolar
icon
arrow-up